Turizm sənayеsi müəssisələri
Turizm sənayesi müəssisələri— turistlərə xidmətlə məşğul olan, amma turizmə birbaşa aidiyyəti olmayan və iqtisadiyyatın başqa sahələrinə şamil edilən firmalardır.
Turist korporasiyaları bir qayda olaraq müxtəlif istiqamətli çoxlu sayda turist firmalarını özündə birləşdirir. Korporasiyalar, firmaların ümumi fəaliyyətdə işgüzar iştirakı şərti ilə, könüllülük əsasında xırda turist firmalarının — turoperatorların və turagentlərin birləşdirilməsi yolu ilə yaradılır. Korporasiyalar turist xidməti göstərməkdən əlavə, öz fəaliyyətlərini əsasən turizmlə əlaqəli sahələr istiqamətində də genişləndirirlər: onlar nəqliyyat müəssisələrinin, mağazalar şəbəkəsinin və ictimai-iaşə təşkilatlarının, turist ləvazimatı istehsal edən müəssisələrin, bankların, sığorta cəmiyyətlərinin və s. sahiblərinə çevrilirlər.
Yerləşdirmə və turistlərə xidmət üzrə iri mərkəzlərdir. Yerləşdirmə xidməti ilə yanaşı təklif edilən xidmətlər əsasən, qidalanmanın, mehmanxanada yaşayanlar üçün nəqliyyat biletlərinin alınması və əyləncə proqramlarının təşkili, taksi sifarişi və avtonəqliyyatın kirayə edilməsi, simpozium və toplantılar keçirilməsi üçün yer (zal) ayrılması, ticarət, mədəni-sağlamlıq və əyləncə xidmətlərindən və s. ibarətdir. Mehmanxana biznesində iflasa uğramamaq üçün yollar axtarmaq məcburiyyəti qarşısında qalan, pərakəndə halda fəaliyyət göstərən mehmanxanalar birləşirlər. Belə birliklərin yaradılması aşağıdakı şərtlər əsasında həyata keçirilir:
Hər bir iştirakçının maliyyə müstəqilliyinin saxlanılması şərti ilə "könüllü mehmanxana şəbəkəsi" kimi yaradılan birliklər şəklində.